Sarı və qəhvəyi rəngləri heç cür qəbullana, sevə bilmirdin. Günəşi də mi sevmirdin, görəsən, Kristofer? Bəs torpağı? Axı torpaq da qəhvəyidir. Yox, yox, sən torpağı sevirdin, əminəm. Ananla yaşadığın mənzilin bağçası yox idi, torpağa toxuna bilmirdin, kədərlənmişdin buna görə.
Bu gün yağış yağırdı, Kristofer. Bağçaya çıxdım, göy üzünə baxaraq