Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gülnar B.

224 syf.
8/10 puan verdi
·
6 günde okudu
Random şəkildə seçib aldığım kitab olduğu üçün gözləntim yox idi. Yenə də düşündüyümdən daha faydalı və maraqlı oldu. İstirahət etməyin zamanı boşa xərcləmək olmadığını izah edirdi əsasən. Digər insanların həyatından nümunələrlə də istirahətin, vaxt bölgüsünün önəmini göstərirdi. Buna görə də bəyəndim. Dili anlaşıqlı idi, söz yığını deyildi.
Dur Dinlen ve Yeniden Başla
Dur Dinlen ve Yeniden BaşlaAlex Soojung Kim Pang · Beyaz Baykuş Yayınları · 20226 okunma
Reklam
152 syf.
·
Puan vermedi
İşdə vaxt keçsin deyə adı maraqlı gəlməsə belə, ən azından nəsə oxuyaram adı ilə kitabı əlimə aldım. Vərəqlərdəki boşluqları gördükcə bu kitaba görə israf edilən ağaclar üçün pis oldum. Belə baxanda yazılar olan hissələr üçün daha pis oldum, amma nəysə... Yenə də 4 xal verirəm, ən azından azacıq da olsa, boş vaxtımı doldura bildim...
Sakın Büyüme Çocuk
Sakın Büyüme ÇocukMuhammet Recep Arar · Hayykitap · 2018487 okunma
368 syf.
1/10 puan verdi
·
3 günde okudu
Yaxşı ki, ağac deyiləm. Yoxsa belə bir kitabın nəşr olması üçün insanlar tərəfindən kəsilməli olardım. Kitabın adının birinci hissəsi ilə razıyam, kitabda insanların arasındaki münasibətdə və düşüncələrində çirkinlik var idi, amma sevgidən söhbət belə gedə bilməzdi. Bir daha anladım ki, insanların məsləhət gördüyü kitabları oxumamalıyam...
Çirkin Aşk
Çirkin AşkColleen Hoover · Epsilon Yayınları​ · 20152,809 okunma

Okur Takip Önerileri

Tümünü Gör
360 syf.
10/10 puan verdi
·
26 saatte okudu
Kitabı yenicə oxumağa başlayanda bir qədər qarışıqlıq yaşadım. Çünki bəzən danışanın hansı obraz olduğu qeyd olunmadığı üçün kimin dilindən oxuduğumu bilmirdim. "Niyə?" və "Necə?" suallarına cavab verərək ifadə edə biləcəyim qədər sadə hadisələrin yazılmadığı bir kitab oldu.
Çağırdığın Yerdə Olacağam
Çağırdığın Yerdə OlacağamKyung-Sook Shin · Qanun Nəşriyyatı · 202210 okunma
488 syf.
·
Puan vermedi
·
26 saatte okudu
Əgər kitabı Artur barədə yeni nəsə öyrənmək üçün oxuyacaqsınızsa, gözləntinizin qarşılanmayacağını əvvəlcədən demək istəyirəm. Çünki bu kitab nə qədər trilogiyanın bir hissəsi olsa da, Arturun anasının (özünün yox, məhz anasının) nənəsi haqqında yazılıb: Onun və babasının necə qarşılaşıb, hansı vəziyyətə görə evlənmələri, bir ailəyə sahib olmağın gətirdiyi çətinliklərdən danışır. Sonda yekun hissədə bir iki abzas Arturun anası Qledis barədə məlumat verilib.
Ayaqqabılarını Çıxar...
Ayaqqabılarını Çıxar...Ethel Lilian Voynich · Qanun Nəşriyyatı · 20235 okunma
Reklam
480 syf.
7/10 puan verdi
·
33 saatte okudu
Bennet bacıları arasında ən bəyəndiyim iki bacıdan biri olan (digəri təbii ki Jane) Marynin əsas qəhrəman olduğu bir kitabın varlığı məni sevindirdi. Kitabın uzunluğu məni yorsa da, (hadisələr çox, düşüncə və izahlar az idi) orijinaldakı Mary obrazının xarakterinə uyğun yazılması bəyəndiyim xüsusiyyətlərdən biri oldu. Sonluğunu da bəyəndim, xoş idi.
The Other Bennet Sister: A Novel
The Other Bennet Sister: A NovelJanice Hadlow · Henry Holt and Co. · 20201 okunma
285 syf.
7/10 puan verdi
Bu kitabla bağlı xronoloji ardıcıllığım belə idi: əvvəlcə filmin adını öyrəndim, adı diqqətimi cəlb etdi, daha sonra kitabı rastıma çıxdı, kitabı oxumağa başladım, arada filminin fraqmanına baxdığım üçün təkrar oxuma maraqlanıb davam etdim, düşündüyümdən daha sakit və eləcə də baş qəhrəmanın düşüncəli və bir o qədər də söhbəti tuta bilməyən biri olduğu gördüm (눈치 없어요). Filmini hələki izləmək fikrim yoxdur, gələcəkdə də ümidvaram ki, izləmərəm. Belə
Saksı Olmanın Faydaları
Saksı Olmanın FaydalarıStephen Chbosky · Feniks Yayınları · 2013850 okunma
528 syf.
10/10 puan verdi
·
4 günde okudu
Çox zaman bir əsərin davamı olan kitablar gözləntiləri qarşılamır. Ona görə ikinci kitabı almayıb Aristotle və Dante ilə elə ilk kitabdaca vidalaşmaq fikrində idim. Təbii ki, endirimli kitabların arasında gəzinərkən bu kitabı görənə qədər... (Elə ilk kitabı da belə tanışmışdım) Çəkinərək oxumağa başladım, çünki ilk kitab gözəl yazılmışdı, sual yaradan (Bəs Arinin qardaşına nə oldu? Dostları bunu necə qarşıladı? Münasibətləri necə irəlilədi? Anasının sirri nədir? və s. kimi) olsa da. Və ikinci kitab gözlədiyimdən daha xoş oldu; suallara cavab verdi, Arinin dostlarını gördük, Cassandranı bu kitabda tanıdıq məsələn, gözəl obraz oldu, Susie və Ginanı daha yaxından tanıya bildik. Ümumiyyətlə, kitab sadəcə iki nəfərin münasibətlərindən danışmadı, insanların dünyanı görmələri, kəşf etmələrini, sirrlərlə dolu su gölünə qərq olmağı göstərdi. Və Ari... bu kitabda daha çox yaxınlaşa bildim ona, ortaq cəhətlərimiz artdı.
Aristotle and Dante Dive into the Waters of the World
Aristotle and Dante Dive into the Waters of the WorldBenjamin Alire Sáenz · Simon & Schuster Books for Young Readers · 2021340 okunma
359 syf.
10/10 puan verdi
·
3 günde okudu
Müasir dünya ədəbiyyatını o qədər də bəyənmirəm əslində, çünki hadisələri çox dramatikləşdirirlər, hər obrazın qalıcı travması olur. Ona qalsa, kimin travması yoxdur ki? Gəlin hamının hekayəsi üçün kitab çıxaraq. Nəysə, bu yazı digər kitablara edilən üsyan deyil, oxuduğum kitaba qarşı fikirlərim barədə olduğu üçün şikayətlənməyi dayandırıram. Mən bu kitabı alanda haqqında heç nə bilmirdim, adından savayı. Niyə aldığımı bilmədən, refleks olaraq aldım, çünki kitab mağazasında görəcəyimi düşünməmişdim, amma bu kitab rastıma çıxdı və mən də aldım. Heç peşman da deyiləm əslində. Adıyla bağlı gözləntilərim özünü doğrultmadı, fərqli bir hekayə ilə rastlaşdım. Bir yeniyetmənin (xaraktercə bənzədiyimi düşündüyüm yeniyetmənin) özünə dost tapması, ailəsi olan bağlarını gücləndirməsi mənim üçün maraqlı idi. Kitabın mənə aşıladığı hissləri sevdim. Və bir də kitabda artıq nələrsə, mürəkkəb intriqalar yox idi, münasibətləri anlamaq rahat idi. Bu kitabı sevdim.
Aristotle and Dante Discover the Secrets of the Universe
Aristotle and Dante Discover the Secrets of the UniverseBenjamin Alire Sáenz · Simon & Schuster Books · 20122,280 okunma
392 syf.
4/10 puan verdi
·
8 saatte okudu
Mən bu kitabı niyə oxudum ki? Oxumamışdan əvvəl mövzusu maraqlı gəlmişdi, amma marağımın 10%i belə özünü doğrultmadı. Başqaları bəlkə də bəyənəcək, amma mənlik deyildi. Mən bu kitabı oxumaqla, qazanmadım, sadəcə itirdim: zamanımı. Nəysə...
Başka Dilde Aşk
Başka Dilde AşkMia Sheridan · Yabancı Yayınevi · 20151,628 okunma
Reklam
449 syf.
10/10 puan verdi
Kitabı dünən oxumağa başladım və bugün də bitirdim. Hekayəsi ilə, obrazların işlənməsi ilə, ikiçərçivəli narratorun olması və 19-cu əsrin birinci yarısında çəkdiyi rəsmlərini sataraq yaşayan bir qadın obrazının olması ilə bəyəndiyim bir kitab oldu. Əsərin verdiyi gərginlik hissi də var idi; daha dəqiqi bunlar nə zaman bitəcək görəsən düşüncəsi var idi. Qıcıq olduğum obrazların sayının çoxluğuna baxmayaraq, (Jane, Elisa, Annabella və s.) Gilbert, Helen kimi obrazların olması qıcıqlıq hissini azaldırdı. Haqqında yazacaq düşüncələrim filtrləyə bilməyəcəyim qədər çox olduğundan bunları yazmaqla kifayətlənəcəyəm. Sadəcə onu deyə bilərəm ki, bu kitabı birgə müzakirə edə biləcək dosta sahib olmaq istəyərdim.
Wildfell Konağı Kiracısı
Wildfell Konağı KiracısıAnne Brontë · Yedi Yayınları · 2021518 okunma
360 syf.
·
Puan vermedi
Əgər bu kitabı seriyaya daxil olan digər kitablardan ayrı dəyərləndirsək, daha uyğun olardı. Çünki bu kitab digər kitabların ardından daha çox fanfiction janrında yazılmış və Harry Potterə öz baxış bucağını göstərmək istəyən biri tərəfindən qələmə yazılmış kimi görünürdü. Hadisələrin bağları arasında dərin mənaların olmaması, kitablarda obrazların göstərmədiyi tərəflərini göstərməyə çalışması, fikir və düşüncələrin dialoqlar tərəfindən arxa plana atılması bunu göstərir. Kitab maraqlı idi: çünki bizə bir neçə paralel dünyanı göstərdi: birində Harry ölmüşdü, digərində Ron ilə Hermione evlənməmişdi. Həmçinin Harrynin oğlu ilə Draconun oğlunun dostluğu gözəl oldu: Kitablarda görmək istəyib görə bilməyəcəyim dostluq idi; daha reallığa uyğun, pafossuz. Diqqətimi çəkən məqam o oldu ki, heç bir paralel dünyada Hermione nə Harry, nə də Draco ilə evlənmir. Ola bilsin ki, Potterheadlər arasında bu kitabdan daha fərqli nələrsə gözləyib gözləntiləri qarşılanmayanlar olsun, amma mən bəyəndim.
Harry Potter ve Lanetli Çocuk
Harry Potter ve Lanetli ÇocukJ. K. Rowling (Robert Galbraith) · Yapı Kredi Yayınları · 20169,7bin okunma
176 syf.
9/10 puan verdi
·
2 saatte okudu
Qadınlardan bəhs edən hekayələr, sadəcə qadınlardan bəhs edən hekayələr... Limon ağaclı, ilanlı, pəncərəli hekayələr. Yaşıl, qırmızı, çəhrayı, bənövşəyi hekayələr. Bu da "Limon ağacı": youtu.be/eceRvPx3wrs
Deli Kadın Hikayeleri
Deli Kadın HikayeleriMine Söğüt · Yapı Kredi Yayınları · 20198,9bin okunma
96 syf.
·
Puan vermedi
·
4 saatte okudu
Müəllifləri əsərlərindən çıxış edərək tanımaq nisbətən aldadıcı ola biləcəyi üçün, gündəlik janrında yazılmış yazıları önəmli hesab edirəm. Burda artıq müəllifin yazı bacarığından daha çox, səmimiliyi ön plana çıxır. Bu da Gidedən oxuduğum ikinci gündəlik janrındakı yazı.
Pastoral Senfoni
Pastoral SenfoniAndré Gide · Timaş Yayınları · 20214,646 okunma
105 syf.
·
Puan vermedi
·
4 saatte okudu
Sadə, amma maraqlı. İki obraz olmasına və onlardan sadəcə biri danışmasına baxmayaraq, sıxıcı olmayan, təhkiyəsi gözəl işlənmiş kitab. Nağılvari detallar əvəzinə, reallığın ön planda olduğu hekayə (Sondakı 7 rəqəmi göndərməsini saymasaq).
Günler Aylar Yıllar
Günler Aylar YıllarYan Lianke · Jaguar Kitap · 20204,414 okunma
364 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.