Bir Milyon Dollarım Olsaydı

Qaraqan

Yorumlar ve İncelemeler

Tümünü Gör
200 syf.
·
Puan vermedi
·
21 saatte okudu
Bir milyon dollarım olsaydı... Bununla belə Qaraqanın yazdığı kitabları oxuyub bitirmiş oldum. Kitabı oxuyarkən müxtəlif , qarışıq hislər keçirdim. Düşünürəm ki , ən çox məyusluq və yazıqlıq hissi keçirdim, bu dünyanın əzilməyə məhkum olan yaxşı insanlarına və milyon dollarlıq mükafata layiq olan yalan insanlarına... Dərin təsir bağışladı bu kitab mənə... Artıq Qaraqan da qayıtdığına görə yeni -yeni , düşüncələrimizin beynimizi dəlib kainata sığmamasına səbəb olan kitablar yazması ümidi ilə...
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Qanun Nəşriyyatı · 20231,153 okunma
Reklam
200 syf.
9/10 puan verdi
·
Beğendi
·
21 saatte okudu
Düşünün ki, "işdən evə qayıdanda yolunuz bir tikinti sahəsinin yanından düşür. Orada təsadüfən bir qara çamadan tapırsınız". İçində bir milyon dollar... Kitabın baş qəhrəmanı da bu situasiyaya düşür. Birdən-birə bir milyon dollar tapmış 40 yaşlı Kərəm üçün əvvəl hər şey yaxşı gedir. Sonra pulun çoxluğu ucbatından stres keçirir, halüsinasiyalar görür, paranoik xəstəyə çevrilir. Deməli, böyük məbləğdə pul heç də həmişə xoşbəxtlik demək deyilmiş... Kitabın dili axıcı və müasir üslubdadır. Ümumiyyətlə, Qaraqanın kitablarını dilinin müasirliyinə və psixoloji təsirinə görə sevirəm. Baş qəhrəmanın və onun ailəsinin keçirdiyi iztirablar elə təsvir edilir ki, oxuyarkən özümü onların yerində hiss etdim. Bir sözlə, kitabı bəyəndim. Oxumağınızı tövsiyə edirəm. Xoş mütaliələr!
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Qanun Nəşriyyatı · 20231,153 okunma
200 syf.
·
Puan vermedi
·
Beğendi
Böyük pullar böyük bədbəxtliklər gətirdiyini əminliklə deyə bilərəm. Bugünə kimidə heç bir varlı insanın xoşbəxt olduğunuda görməmişəm. Bu kitab xülyadan oyanmağa və reallıqları qəbul etməyə çağırır, əgər nəyisə əldə etmək istəyirsizsə ona ancaq əziyyət çəkməklə çata biləcəyinizi gizli şəkildə mesaj verir. Nə demişlər çox istəyən azdanda olar :)
Bir Milyon Dollarım Olsaydı
Bir Milyon Dollarım OlsaydıQaraqan · Qanun Nəşriyyatı · 20231,153 okunma
Reklam
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.