Beş anonim milyonçu

Birinci Addım

Qaraqan

Yorumlar ve İncelemeler

Tümünü Gör
256 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Xariqüladə kitablardan
İlk səfərdir ki, bir kitab haqqında incələmə yazmaq istəyirəm. Kitabdan alıntılar edib keçmək həm daha rahat, həm də daha sadə yoldur. Nəticədə yazarın düşüncələrini ötürmüş olursan deyə. Amma söhbət bu kitabdan gedirsə düşünürəm ki, kitabın məndə buraxdığı təsir haqqında danışmaqda fayda var. Əslində kitabı əlimə alanda böyük bir gözləntim yox idi, zatən adam kitabı yazanda belə bizə bəri başdan uyarır kitabda əvvəlki fikirlərimizə zidd olacaq, xoşunuza gəlməyəcək düşüncələr çoxdu deyə. Əslində bu biraz tərs psixologiyadır, fərqindəyik yəni :d. Kitab tam olaraq gündəmdəki problemlərdən "Mən niyə Azərbaycanda doğuldum" "Eh, coğrafiya qədərdir" "Bu ölkədə heçnə etmək olmur" "Haçan özümü xoşbəxt hiss edəcəm" tipli suallar, əlbəttə, bunlar və buna bənzər suallar hər birimizin həyatında mütləq ki, bir dəfə fikirləşdiyimiz suallardandı. Bu adam klassik deyil də, o qədər mükəmməl şəkildə faktlar gətirərək məsələyə fərqli baxış bucağından yanaşır ki, oxuyanda zərrəsinə qədər ayırdığım vaxtdan xoşnut olurdum. Hədsiz axıcı olması onsuz da bir neçə günə bitirməyə sövq edir kitabı. Uzatdıqca spoiler vermə ehtimalımın artacağına əminəm. İnsan istəyir ki, bu kitabı saatlarla müzakirə etsin çünki. Ən yaxşısı fikrimi OXUNULMASI ŞİDDƏTLƏ TÖVSİYƏ OLUNUR deyib sonlandırım :)
Birinci Addım
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 2013941 okunma
Reklam
256 syf.
9/10 puan verdi
·
6 günde okudu
Təxminən 2 il bundan əvvəl, bir dostum Qaraqanın "A" romanını oxuyurdu. Kitab xoşuna gəlməmişdi. Ona görədə məndə bu əsərə başlayanda çox önyarğılı yanaşmışdım əvvəlcə. Sonradan gördüm ki, hislərimdə yanılmışam. Açığı Elxan Zeynallıdan belə bir əsər gözləmirdim. Çox xoşuma gəldi. Hiss olunurki hadisələri, cəmiyyətimizi, əqidəmizi, milli vətənpərlik mövzularını düzgün analiz edə bilən savadlı bir insandır. İstər qəbul edin, istər yox çox həqiqətləri şillə kimi insanların üzünə vurur bir çox yerdə. Əsərdə Qaraqan çox düzgün vurğulayırki, hər şeyi dövlətdə hökümətdə görmək düzgün deyil. Birinci hər bir fərd özü-özünü yaxşı mənada dəyişdirməli, inkişaf etdirməlidir. Bax ondan sonra biz yaşadığımız cəmiyyəti dəyişdirə bilərik. Çoxlu oxumalı, çoxlu öyrənməli, millət olaraq avamlıqdan cahillikdən qurtulmalıyıq. Və məncə hər bir azərbaycanlı da bu kitabı bircə dəfə də olsun vərəqləməlidir. Oxumaq!!! Oxumaq!!! Və yenədə Oxumaq!!!))
Birinci Addım
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 2013941 okunma
256 syf.
9/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Uzun zamandır oxumadığım yazıçı. Darıxmışdım "qələm"-i üçün. Əsərdə insanların dəyər verdiyi şeylər və cəmiyyətin qanunları, pul və siyasət, elm və ruh, mədəniyyət və doqmalar arasındakı ziddiyyət araşdırılır. Müəllifin dilindən danışılan bu kitabda həmçinin dünyəvi dəyərlərdən bəhs edir və Azərbaycan cəmiyyətində uğur qazanmış insanların sirrini açır. Pulun yaranma tarixi, onun üzərimizdəki hakimiyyəti, onun barədə mühüm sirlər; Uğur, onun nə olduğu və qazanmaq üçün ehtiyacın olan maddələri; Xoşbəxtlik məhfhumu, onun müəyyənləşdirilməsi, məqsədə uyğun yaşam; Brend; dünyanı idarə edənlər, gözəllik; varlı-kasıb münasibəti; statistika; ictimai qınaq; sürətli dünya; utancaqlıq; müxalifət və iqtidar qütbləri; peşəkarlıq mövzuları kitabın özəyini təşkil edir. Düzdü bədiilik azdı kitabda amma hər mövzunu aydınlaşdırmaq üçün çəkilən tarixi məsəllər, həqiqi faktlar, nağıllar, əhvalatlar və Qaraqanın heç nə, sadəcə oxucu ilə dost kimi danışması kitabı çox doğmalaşdırır. Qıraqdan böyük şişirdilməyə bənzəyəcək amma məncə, hər azərbaycanlı kitab həvəskarı heç olmasa bu kitabı oxumalıdır. Çünki hərənin özünə götürməli olduğu çoxlu məqamlar var, öyrənməli olduğu həqiqətlər var və az öncə saydığım məfhumları araşdıranlar üçün ideal bir kitabdır, hətta bir "dostla söhbət" kimi də baxa bilərsiniz bu kitaba. Oxumayanlara tövsiyə edirəm
Birinci Addım
Birinci AddımQaraqan · Qanun Nəşriyyatı · 2013941 okunma
Reklam
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.