İslami Düşüncənin Dirçəldilməsi

Murtaza Mutahhari

Sözler ve Alıntılar

Tümünü Gör
İnsanın agahlığı nə qədər çoxdursa, daha çox həyata malikdir. Həmçinin nə qədər çox hərəkət edirsə, daha çox həyatı var. Eləcə də onun agahlığı nə qədər azdırsa və o, nə qədər xəbərsizdirsə, bir o qədər ölüdür. Habelə nə qədər hərəkətsizdirsə, bir o qədər ölüdür. O, xəbərsizliyi nə qədər sevirsə, ölülük üstündə daha bir ölülüyə malikdir. Həmçinin hər nə qədər hərəkətsizliyi sevirsə, ölülük üstündə daha bir ölülüyə malikdir.
Özümü müxtəlif şeylərə nə qədər bağlasam, bir o qədər onlara əsir olacağam. Əsir olandan sonra da minlərlə zəncir ilə bağlanmış şəxs kimi olacağam. Zəncirlə bağlanmış şəxs daha yol gedə, rahat və qayğısız ola bilmir.
Sayfa 118Kitabı okudu
Reklam
..diri cəmiyyət sükut edənə deyil, yalnız danışana, sakit dayanana deyil, hərəkət edənə, xəbərsizə deyil, xəbərdara ehtiram edir.
İqbal Lahuri
..bizim oturub Avropa mədəniyyət və sivilizasiyasını tənqid edib İslam mədəniyyətini tərifləməyimizlə, İslam mədəniyyətinin və İslam ruhunun bizim bu gün malik olduğumuz şeydən ibarət olduğunu güman edib dünya əhalisinin gəlib bizim arxamızca getməsini gözləməyimizlə iş qabağa getməz. Əgər dünya əhalisi gəlib bizim arxamızca düşsə, onlar da bizim kimi, yəni yarımcan olacaqlar.
Hadisələr sahilində libasını soyun Ki, üzməyin ilk şərti çılpaqlıqdır.
Sayfa 120Kitabı okudu
Sizdən soruşmaq istəyirəm, həyatın xüsusiyyəti nədir? Ümumiyyətlə, həyat nə deməkdir? Quran cahiliyyət dövrünün insanları barəsində onların ölü olmalarını buyurur: "Sən ölülərə eşitdirə bilməzsən".¹ "Sən, əsla, qəbir əhlinə eşitdirə bilməzsən". Buyurur ki, sənin gördüyün bu insanlar hərəkət edən ölülərdir. Onlar torpaq altında olmaq əvəzinə, torpağın üstündə yol gedən, hərəkətdə olan ölüdürlər. Onlara diri demək olmaz. Lakin müsəlmanlara buyurur ki, gəlin, bu təlimləri qəbul edin. Bu təlimlərin xüsusiyyəti sizə can və güc verməsindədir, həyat bəxş etməsindədir. Həyatın xüsusiyyəti nədir? Siz həyatın tərifini deyən hər bir alim və filosofdan soruşun, görün nəyə həyat və yaşayış demək olar? Ümumiyyətlə, həyatın mənası nədir? Əlbəttə, heç kəs həyatın həqiqət və mahiyyətinin tərifini demək iddiasını etmir. Lakin həyatı nişanələri ilə tanımaq mümkündür. Sizin bu sualınıza belə cavab verilər ki: Həyat mahiyyəti məchul olan bir həqiqətdir ki, onun iki xüsusiyyəti var: biri agahlıq (xəbərdar olmaq), digəri isə hərəkətdir. İnsanın agahlığı nə qədər çoxdursa, daha çox həyata malikdir. Həmçinin nə qədər çox hərəkət edirsə, daha çox həyatı var. Eləcə də onun agahlığı nə qədər azdırsa və o, nə qədər xəbərsizdirsə, bir o qədər ölüdür. Habelə nə qədər hərəkətsizdirsə, bir o qədər ölüdür. O, xəbərsizliyi nə qədər sevirsə, ölülük üstündə daha bir ölülüyə malikdir. Həmçinin hər nə qədər hərəkətsizliyi sevirsə, ölülük üstündə daha bir ölülüyə malikdir. İndi siz baxın, görün bizlər ölüyük, yoxsa yox?
Sayfa 33 - ¹ Nəml, 80 ² Fatir, 22Kitabı okudu
Reklam
Əgər biz yeri düşəndə şəhidlərlə əlaqələrimizi kəssək və sonra oturub mümkün olmayan şeyi dilimizə gətirib: "Salam olsun sənə, ey Hüseyn! Ey kaş biz də səninlə birgə olaydıq və böyük feyzə nail olaydıq", - desək, Hüseyn ibn Əli bizə deyər ki, Kərbəla bir gün deyil ki. Həmişə var.
100 öğeden 11 ile 20 arasındakiler gösteriliyor.