Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İslami Düşüncənin Dirçəldilməsi

Murtaza Mutahhari

İslami Düşüncənin Dirçəldilməsi Gönderileri

İslami Düşüncənin Dirçəldilməsi kitaplarını, İslami Düşüncənin Dirçəldilməsi sözleri ve alıntılarını, İslami Düşüncənin Dirçəldilməsi yazarlarını, İslami Düşüncənin Dirçəldilməsi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Əgər biz yeri düşəndə şəhidlərlə əlaqələrimizi kəssək və sonra oturub mümkün olmayan şeyi dilimizə gətirib: "Salam olsun sənə, ey Hüseyn! Ey kaş biz də səninlə birgə olaydıq və böyük feyzə nail olaydıq", - desək, Hüseyn ibn Əli bizə deyər ki, Kərbəla bir gün deyil ki. Həmişə var.
Həzrət Peyğəmbərin necə də dolğun kəlamı var: Peyğəmbər buyurur: "Möminlər bir-birini sevmək, qarşılıqlı mərhəmət və bir-birinə şəfqət və məhəbbət göstərməkdə bir üzvü ağrıyanda digər üzvləri yuxusuzluq və qızdırma ilə onun dərdinə şərik olan vahid bədən kimidirlər".¹ İmanlı insanlar, imanla həyat sürənlər: "Ey iman gətirənlər, sizi, sizə həyat verən şeyə tərəf dəvət edən zaman Allahın və Onun Peyğəmbərinin çağırışını qəbul edin", - ayəsinin nümunəsi olan kəslər – möminlər bir-biri ilə həmrəylikdə, bir-birini sevməkdə, bir-birinə məhəbbət göstərməkdə, bir-birinin dərdinə şərik olmaqda, bir-birinin taleyinə can yandırmaqda bir üzvü ağrıyanda digər əzaları da dərdə şərik çıxan canlı bədən kimidirlər.
Sayfa 36 - ¹ Camius-səğir, c. 2, səh. 560Kitabı okudu
Reklam
Sizdən soruşmaq istəyirəm, həyatın xüsusiyyəti nədir? Ümumiyyətlə, həyat nə deməkdir? Quran cahiliyyət dövrünün insanları barəsində onların ölü olmalarını buyurur: "Sən ölülərə eşitdirə bilməzsən".¹ "Sən, əsla, qəbir əhlinə eşitdirə bilməzsən". Buyurur ki, sənin gördüyün bu insanlar hərəkət edən ölülərdir. Onlar torpaq altında olmaq əvəzinə, torpağın üstündə yol gedən, hərəkətdə olan ölüdürlər. Onlara diri demək olmaz. Lakin müsəlmanlara buyurur ki, gəlin, bu təlimləri qəbul edin. Bu təlimlərin xüsusiyyəti sizə can və güc verməsindədir, həyat bəxş etməsindədir. Həyatın xüsusiyyəti nədir? Siz həyatın tərifini deyən hər bir alim və filosofdan soruşun, görün nəyə həyat və yaşayış demək olar? Ümumiyyətlə, həyatın mənası nədir? Əlbəttə, heç kəs həyatın həqiqət və mahiyyətinin tərifini demək iddiasını etmir. Lakin həyatı nişanələri ilə tanımaq mümkündür. Sizin bu sualınıza belə cavab verilər ki: Həyat mahiyyəti məchul olan bir həqiqətdir ki, onun iki xüsusiyyəti var: biri agahlıq (xəbərdar olmaq), digəri isə hərəkətdir. İnsanın agahlığı nə qədər çoxdursa, daha çox həyata malikdir. Həmçinin nə qədər çox hərəkət edirsə, daha çox həyatı var. Eləcə də onun agahlığı nə qədər azdırsa və o, nə qədər xəbərsizdirsə, bir o qədər ölüdür. Habelə nə qədər hərəkətsizdirsə, bir o qədər ölüdür. O, xəbərsizliyi nə qədər sevirsə, ölülük üstündə daha bir ölülüyə malikdir. Həmçinin hər nə qədər hərəkətsizliyi sevirsə, ölülük üstündə daha bir ölülüyə malikdir. İndi siz baxın, görün bizlər ölüyük, yoxsa yox?
Sayfa 33 - ¹ Nəml, 80 ² Fatir, 22Kitabı okudu
Əmirəl-möminin Əlinin incə bir ifadəsi var. O, İslam və müsəlmanların gələcəyi barədə belə buyurur: "İslam kürkün tərsinə geyinilməsi kimi geyinilər".¹ Yəni camaat İslam libası geyinər, amma onu tərsinə geyinilən kürk kimi geyinər.
Sayfa 31 - ¹ Nəhcül-bəlağə, 107-ci xütbə. Biz, həqiqətən, gərək, öz müsəlmançılığımıza yenidən nəzər salaq. Ola bilər, biz müsəlmançılıq libasını Əmirəl-möminin buyurduğu kimi tərsinə geyinmişik.Kitabı okudu
"Müsəlmanlar vəhyə əsaslanan mütləq kamil düşüncə və ideallara malikdirlər. O, həyatın ən dərin dərinliklərindən zühur etdiyi üçün onun zahirinə batini çalar qatır. Müsəlman fərd üçün həyatın mənəvi özülü etiqadi işdir və o bu etiqadı müdafiə etmək üçün çox asanlıqla canını qurban verir".
"Ağıl təkbaşına bəşəriyyətə nicat verməyə qadir deyil. Avropa mədəniyyətinin ən böyük nöqsanı budur ki, o, bəşəriyyət gəmisini təkcə ağıl ilə (ruh, vicdan və imanla əlaqəsi olmadan, yalnız ağıl ilə) təhlükədən qurtarmaq istəyir". "Avropa utopiyası heç vaxt onun həyatında canlı amilə çevrilməmişdir". Avropa utopiyasında məqsəd Avropa idealizmi, Avropa mədəniyyətinin bəşəriyyətə verdiyi ideallar, yaratdığı məsləklər, ortaya çıxardığı və onlara qoşulacağı təqdirdə bəşəriyyətə nicat verməsini güman etdiyi "...izm"lərdir. İqbal deyir ki, bu "...izm"lər, həqiqətən, avropalılıq mahiyyətini dəyişdirib onu ümumi insani mahiyyət edə bilmədi. O, söz-söhbət səviyyəsindən qabağa gedə bilməyib. Daha sadə dillə desək, avropalı və Avropa dildə, yazıda və bəyanat verəndə ədalət, yaxşılıq, gözəllik və humanizmdən çox dəm vurur, amma bunlar onun ruhundan deyil, ağıl və düşüncəsindən qaynaqlandığı üçün vicdanında iz buraxmayıb. Avropalı dildə insan deyir, amma əməldə insanı sevmir və humanist deyil. İnsan haqlarından danışır, amma əməl və gerçəklikdə insana və insan hüququna hörmətə inanmır. O öz "...izm"lər mədəniyyətinə görə azadlıq deyir, amma, əslində, onun öz ruhunun dərinliklərində azadlığa imanı yoxdur. Dildə bərabərlik və ədalətdən danışır, lakin vicdanının dərinliklərində ədalət və bərabərliyə bağlı deyil.
Reklam
Gözləri təqlid və köləlikdən kor olanlar pərdəsiz həqiqətləri dərk edə bilməzlər.
Şübhə yəqinin, sual vüsalın, iztirab isə rahatlıq və asayişin müqəddiməsidir.
Hadisələr sahilində libasını soyun Ki, üzməyin ilk şərti çılpaqlıqdır.
Sayfa 120Kitabı okudu
32 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.