Təbəssüm Mustafaeva

176 syf.
8/10 puan verdi
·
7 günde okudu
Bütün insanlar umutlarında kandırılıyor, beklentilerinde aldatılıyorlar.
Təəssüflənirəm ki, bu kitabı daha öncə oxumamışam. Hər cümləsi, hər sətiri həyatın özü, bizim özümüz idik. Altını xətlədiyim o qədər alıntı var ki... Deyilənə görə "Genç Werther'in Acıları"Goethenin ilk əsəridir və onu 25 yaşında qələmə alıb. Romanda bir gəncin qarşılıqsız sevgisindən bəhs olunur. Werther bütün ağrı-acılarını dostu Wılhelmə məktublar vasitəsilə çatdırır. Bir gün o, şəhər həyatından uzaqlaşaraq tamam yad bir kəndə gəlir. Orda onu heç kim tanımır. Zamanla yeni insanlarla tanış olur və bir gün bir getdiyi kənddə Lotteni görür və ona aşiq olur. Lotte isə başqasına nişanlı olduğu üçün Werther sevgisinə qarşılıq ala bilmir. Düşdüyü bu vəziyyətdən Werther çox acı çəksə də, bütün iztirablarını öz qəlb dünyasına həbs edir və bu barədə Wılhelmə məktublarında yazır. Hər şey Wertherə o qədər mənasız gəlməyə başlayır ki, artıq heç nədə məna görə bilmir. Təbii ki, bu melanxoliklik onu uçurumun kənarına gətirir. Lotteylə qarşılaşmamışdan öncəki Wertherlə, Lotteyə aşiq olan Werther arasında o qədər fərq yaranır ki, hətta düşüncələrini belə oxuduqda həyatda hər şeydən ümidini üzən bir Wertherlə qarşılaşacaqsınız. . Oxuduqca siz də Wertherin daxili dünyasında baş verən o fırtınalı düşüncələrə dalacaqsız. Məncə, bu kitabı oxuyanlar özlərinə bu sualı veriblər; "Bəs mən Werther'in yerində olsam necə olardı?" Yaşamayan bilməz :)
Genç Werther'in Acıları
Genç Werther'in AcılarıJohann Wolfgang Von Goethe · Alfa Yayınları · 2021121,8bin okunma
Reklam
280 syf.
6/10 puan verdi
·
14 günde okudu
Salam. William Goldinglə tanışlığım bu kitabla oldu. Bu əsərdə sevdiyim məqamlar da oldu, sevmədiyim məqamlar da. Sanki tamlıq yox idi əsərdə. Çatışmazlıq var idi. Təhlillərə baxdım, demək olar, oxuyanların çoxu sevib bu əsəri. Ancaq mənə o qədər də sirayət etmədi. Bəlkə də müharibəylə bağlı çox kitab oxuduğumdandır ki, o hissləri ala bilmədim. Sammy Mountjoy İkinci Dünya Müharibəsində əsir düşdükdən sonra, ağır cəzalara məhkum qalır, qaranlıq bir hücrəyə həbs edilir. Və işgəncələrə məruz qaldıqca bütün həyatını gözdən keçirməyə və sorğulamağa başlayır. Uşaqlığını, gəncliyini, ilk sevgisini, dostluqlarını, bütün yaşanmışlıqlarını. O qaranlığın içindən yenidən aydınlığa çıxmağın yollarını axtarırdı öz dünyasında. Amma bu mümkün idimi? Ən çox təsir edən atası ilə bağlı anasını sorğulaması idi. Sammy atasını tanımadan böyümüş, onun kim olduğunu heç vaxt öyrənə bilməmişdi. Çünki anası hər dəfə onun suallarına yayındırıcı cavablar verib. Tanımadığı atasını öz xəyalında canlandırmaq necə bir hissdir görəsən? “Serbest düşüş” azadlığın məhv oluşunu, insanın çöküşünü, müharibənin amansız üzünü göstərir. Bəzi iztirablar var ki, insanların hayatında silinməsi mümkün olmayan ağır izlərin buraxır. Sammy o iztirabların ifadəsi idi.
Serbest Düşüş
Serbest DüşüşWilliam Golding · İş Bankası Kültür Yayınları · 2016784 okunma
360 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Vəfalı Səriyyə və ya göz yaşı içində gülüş
Cəfər Cabbarlının deyilənə görə qələmindən çıxan ilk pyesidir. 4 pərdəli, qısa məzmunlu dram olsa da, cəhalətin utanc vericiliyi, iki gəncin çarəsizliyindən istifadə edən cahil beyinlər, cəmiyyətin problemləri, qadına qarşı olunan fiziki, mənəvi şiddət çox açıq şəkildə göstərilib. Üzücü olan çox səhnələr var idi ki, məndə gərginlik yaratmağa bəs
Əsərləri  - II Cild
Əsərləri - II CildCafer Cabbarlı · Şərq-Qərb Nəşriyyatı · 200564 okunma

Okur Takip Önerileri

Tümünü Gör
640 syf.
9/10 puan verdi
·
Beğendi
·
25 günde okudu
Hamımız birimizin yolunda, birimiz hamımızın yolunda!
“Üç Muşketyor” çox sevdiyim əsər oldu. Səhifələrin qalınlığı gözünüzü qorxutmasın. Hər səhifəsi həyəcan dolu, maraq dolu bir kitab haqqında fikirlərimi bölüşmək istəyirəm. Müşketyor olmaq arzusunda olan gənc Dartanyan atasının ona verdiyi, muşketyorların başçısı olan cənab de Trevilə çatacaq olan tövsiyə məktubu ilə Parisə gəlir. Elə bu məktubla
Üç Muşketyor
Üç MuşketyorAlexandre Dumas · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 20188,9bin okunma
464 syf.
·
Puan vermedi
Bu əsəri 1 il öncə oxumuşam və çox sevdiyim əsərlərdən biridir. Bir neçə dəfə Marquezin kitablarına üz tutmuşam amma o qədər də ürəyimə yatmamışdı. Amma 100 ilin tənhalığı” sevdiyim əsər oldu. İlk oxuduğumda anlaşılması bir az çətin oldu mənə, ona görə 200 səhifədən sonra kitabı yenidən oxudum və daha çox aydın oldu kitab. Bu əsər bir nəslin
Yüz İlin Tənhalığı
Yüz İlin TənhalığıGabriel Garcia Marquez · Qanun Neşriyyat · 201636,6bin okunma
Reklam
Reklam
64 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.