Gönderi

176 syf.
8/10 puan verdi
·
7 günde okudu
Bütün insanlar umutlarında kandırılıyor, beklentilerinde aldatılıyorlar.
Təəssüflənirəm ki, bu kitabı daha öncə oxumamışam. Hər cümləsi, hər sətiri həyatın özü, bizim özümüz idik. Altını xətlədiyim o qədər alıntı var ki... Deyilənə görə "Genç Werther'in Acıları"Goethenin ilk əsəridir və onu 25 yaşında qələmə alıb. Romanda bir gəncin qarşılıqsız sevgisindən bəhs olunur. Werther bütün ağrı-acılarını dostu Wılhelmə məktublar vasitəsilə çatdırır. Bir gün o, şəhər həyatından uzaqlaşaraq tamam yad bir kəndə gəlir. Orda onu heç kim tanımır. Zamanla yeni insanlarla tanış olur və bir gün bir getdiyi kənddə Lotteni görür və ona aşiq olur. Lotte isə başqasına nişanlı olduğu üçün Werther sevgisinə qarşılıq ala bilmir. Düşdüyü bu vəziyyətdən Werther çox acı çəksə də, bütün iztirablarını öz qəlb dünyasına həbs edir və bu barədə Wılhelmə məktublarında yazır. Hər şey Wertherə o qədər mənasız gəlməyə başlayır ki, artıq heç nədə məna görə bilmir. Təbii ki, bu melanxoliklik onu uçurumun kənarına gətirir. Lotteylə qarşılaşmamışdan öncəki Wertherlə, Lotteyə aşiq olan Werther arasında o qədər fərq yaranır ki, hətta düşüncələrini belə oxuduqda həyatda hər şeydən ümidini üzən bir Wertherlə qarşılaşacaqsınız. . Oxuduqca siz də Wertherin daxili dünyasında baş verən o fırtınalı düşüncələrə dalacaqsız. Məncə, bu kitabı oxuyanlar özlərinə bu sualı veriblər; "Bəs mən Werther'in yerində olsam necə olardı?" Yaşamayan bilməz :)
Genç Werther'in Acıları
Genç Werther'in AcılarıJohann Wolfgang Von Goethe · Alfa Yayınları · 2021121,8bin okunma
·
84 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.