Danabaş Kəndinin Əhvalatları

Celil Memmedguluzade

Yorumlar ve İncelemeler

Tümünü Gör
144 syf.
10/10 puan verdi
·
3 günde okudu
Danabaş kəndinin əhvalatları
Azərbaycan ədəbiyyatına giriş etmək üçün nədənsə Cəlil Məmmədquluzadəni seçmək istəyi var idi içimdə. (Hərçənd ki, Salam Qədirzadənin “46 Bənövşə” əsəri ilə başlanğıc etmişdim, amma məndə öz ədəbiyyatımıza qarşı bir maraq oyatmamışdı.)Yaxşı ki, bu əsərlə yenidən başladım. Şərq dünyasına “Feminizm”, “Qadın və kişi hüquqlarının bərabərliyi” anlayışlarını gətirmiş olan Cəlil Məmmədquluzadə bu əsərdə öz dövründə nəinki qadınlara edilən haqqsızlıqları, həmçinin digər iyrənclikləri çox sadə dil ilə gün üzünə çıxarıb. Bundan sonrasında SPOİLER OLA BİLƏR. Məni ən çox təsirləndirən nüanslar: Məhəmmədhəsən əminin öz arzusuna çata bilməməsi, oğlu Əhmədin və yoldaşı İzzətin eşşək tapılana qədər artıq həyatdan köçməsi, Zeynəbin başına gələn hər xırda detal. Xüsusilə, Xudayar bəy bir kənara, öz oğlu Vəliqulunun ona bir qız uğruna üz döndərməsi. (Hansı ki, sonda onun da öz arzusuna çatmaması ironik oldu.) • Fikrimcə hərkəsin oxuya biləcəyi, həmçinin oxumalı olduğu bir əsərdir. Şiddətlə tövsiyə edilir
Danabaş Kəndinin Əhvalatları
Danabaş Kəndinin ƏhvalatlarıCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 2019626 okunma
Reklam
144 syf.
10/10 puan verdi
·
Beğendi
Real hadisələr əsasında yazılmış əsər oxuyarkən insanı çox düşündürür. Hər dövrdə qadınların hüquqsuz olması xüsusilə insana təsir göstərən məqamlardandır. Cəlil Məmmədquluzadə müəllimlik etdiyi dövrdə müşahidə etdiyi hadisələr əsasında satirik formada qələmə aldığı bu yazı Azərbaycan ədəbiyyatının incilərindəndir. Mütləq oxunmalı və oxutdurmalı:))
Danabaş Kəndinin Əhvalatları
Danabaş Kəndinin ƏhvalatlarıCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 2019626 okunma
144 syf.
8/10 puan verdi
·
1 saatte okudu
C. Məmmədquluzadə yenə o dövrün cahilliyini, avamlığı usta qələmi ilə yazıb. Qadının söz haqqının olmamasından, kişilərin hegemonluğundan, din adı altında istəklərinə nail olmaq üçün haram yollara əl atanlardan bəhs edən bu kitabda, keçmiş dövr Azərbaycan ustaca təsvir olunmuşdur. Əsərin yazılmasından yüz illər keçsə belə, insanları, hadisələri günümüzlə də uyğunlaşır.
Danabaş Kəndinin Əhvalatları
Danabaş Kəndinin ƏhvalatlarıCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 2019626 okunma
Reklam
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.