Gönderi

210 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Yaşamak - Review
Necə deyərlər, həyat insanı hara gətirəcəyini heç kim bilə bilməz. Bu gün var-dövlət içində, sabahı düşünmədən yaşayan insan, 1-2 ay gələcəyini və nə yeyib nə içəcəyinin dərdini düşünəcək duruma gələ bilir. Yu Hua bizə indiyə güvənməməyi, həyatı doğru yaşamağın önəmini Fugui'nin simasında bizə öyrədir. Əsəri oxuyarkən hər cür hisslə qarşılaşa bilirik - sevinc, kədər, qorxu, həyəcan və s. Bu kitabla əlaqədar maraqlı faktlardan da biri budur ki, ilk yayımlandığı zaman öz ölkəsi olan Çində qadağan edilmişdir. Buna baxmayaraq, bu əsərlə tanış olanlar oxunmasının dəyər olduğunu göstərmiş və bu gün bu kitab modern klassika kitablarına aid edilə bilmişdir. Bu dəfə bu əsəri oxumağınızı tövsiyə etmir, tələb edirəm. Xüsusilə də kitabın sırf bu yayımının tərcüməsi də məni özünə çox bağladı, sadə deyil və sanki daha doğma səslənir oxuyan üçün. Bəyənəcəyinizə əminəm :))
Yaşamak
YaşamakYu Hua · Jaguar Kitap · 201634,3bin okunma
·
84 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.