Bir qadın tanıyıram. Saçlarına illərin qarı ələnmiş, üz-gözünə intizarın yağışı çilənmiş bir qadın! Özü boyda həsrətin, hicranın, vəfanın, sədaqətin, heykəlidi bu qadın. Ömrümdə ilk dəfə idi ki, müsahibimlə söhbət etməkdə çətinlik çəkirdim. Kövrək xatirələrin həzinliyi elə bil ki, məni sehrləmişdi. Müşfiq həyatının bir parçası, onun məhəbbət dünyası: Dilbər Axundzadə!