Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Qarmaqarışıq

Nəimi
9/10
74 Kişi
112
Okunma
70
Beğeni
2.808
Görüntülenme
Şübhə nə qədər təhlükəlidirsə, güvən də bir o qədər təhlükəlidir. Sevgisini etiraf etməyə qorxan, həzz üçün yaşayan bir məktəbli, ayağını vətəni, namusunu qadını, oğlunu isə vəfasız qədər almış bir axsaq, dostları tərəfindən tərk edilmiş və intiqama ac bir bədbəxt, sevdiyi oğlana təcavüzçü deyəcək bir qız, dostuyla birgə ölümünü seçən bir kursant və durmadan qız şagirdləri itən bir məktəb. Detektiv janrında yazılmış bu kitabda sevgi, məktəbdəki nöqsanlar, sağlam olmayan gənç şüuru, günümüzdəki bir çox aktual məsələlər və dəyərsiz insanlar mövzusuna toxunulmuşdur. Əsas obrazlar: Düşünün. Ətrafınızda olan dostlarınızı düşünün. Neçəsi sizin üçün canından keçər? Gec olmadan düşünün. Çünki mən gecikdim. Artıq geri dönüş yolum yoxdur. Ən yaxın dostum ən böyük düşmənimə çevrildi. Mən bunun fərqinə varanda, əlimdə heç nəyim qalmamışdı... Bilmədim, o qədər heç nəyə önəm vermədən, həzz üçün yaşadım ki, dostumun nələr yaşadığını, çətində olduğunu bilə bilmədim. Bildim... Bildim, önəm vermədim... Elə buna görə də yaşadıqlarımda günahkar bəlkə də özüməm... *** Canımı belə verəcəyim dostlarım sözlərimi ciddiyə belə almadı. Uçurumun kənarındaykən məni itələyən əllər onlarınkı oldu. Bəlkə də sevinməliyəm, çünki bu içimdəki gerçək, qaranlıqda gizlənmiş yanımı tapmağıma səbəb oldu. *** Niyə Murad, niyə? Niyə mənə olan sevgini etiraf etmək üçün ölümü şahid seçdin? Bilmirdin mi sevginin ölüm qarşısında kölgədən fərqsiz olduğunu? Atam mənim, sənsə ruhumla qəlbimin cəlladı oldun... *** Elə bir peşə seçdim ki, ölümlə yoldaş oldum. Elə bir qıza sevdalandım ki, ölümlə sirdaş oldum. Elə birini tanıdım ki, onunla qardaş oldum. Amma bilmədim, sonda ölüm onunla məni səhv salacaq. *** Ayağımı vətənim aldı, namusumu qadınım, oğlumu isə vəfasız qədər. İndiysə qızımı almaq isdəyirlər... Kimisi yaşamaq, kimisi ölmək istər, ama mən heç birini istəmədim. Çünki qızını o halda görən hər bir ata nə ölərək onu tək qoymaq, nə də yaşayaraq hər gün ölmək istər.
Yazar:
Nəimi
Nəimi
Tasarımcı:
Asəf Hüseynov
Asəf Hüseynov
Tahmini Okuma Süresi: 5 sa. 54 dk.Sayfa Sayısı: 208Basım Tarihi: 5 Şubat 2024İlk Yayın Tarihi: 27 Temmuz 2023Yayınevi: Bakı, Əlfəcin Nəşriyyatı
Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
285 syf.
·
Puan vermedi
·
Beğendi
·
4 günde okudu
Ilk öncə qeyd edim ki,kitab bir nece gün önce qarsıma çıxmışdı.Oxuyummu oxumuyummu deyə düşündüm. Amma oxudugdan sonra kitabin bu qeder yaxsı olacağını düşünmemişdim..en əsas kitabın axıcılığı ve sade dil olması çox yaxşı idi.Ilk defe kitaba başlayanda sonra oxuyaram deye fikirlesdim amma kitabi oxudugdan sonra kitab ozune çekir seni..ilk defədir dedektiv eseri oxuyuram,və əsər favorim oldu deye bilerem. Deyəsən məktəbdə məşhur olmaq istəyirdinsə durmadan müxtəlif oglanlarla söhbət etməli,tanış olmalıydın.Və bunu da günümüzün "müasir"məktəblərinin daha bir acı gərçəyi kimi saymaq olardi.(S.17) Əsas da yazar şagirdlərin məktəb həyatının acınacağlı olduğunu çox yaxsi vurgulayib.Ve bunun bir reallıq olması çox acınacaqlıdır. Dost...dostluq nece de onemsiz ve xeyaldan ibaret anlayışlar imiş bunlar.Güven..asanliqla birine guvenen deyilem deyibde guvenmek.. Əsərdə də aydin oldu ki,her kese dost demek, guvenmek olmaz.Senin her daim yaninda olan,yaxsılığıni istəyən sadəcə ailen olur..çünki bəzən ən yaxın dostun belə düşməninə çevrilə bilər.hettda arxanca işlər belə çevirə biler.
Nəimi
Nəimi
gelecek heyatinizda ugurlar!Ugurlariniz bol olsunKitabin sonunu sebirsizlikle gozleyirem.
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024112 okunma
Reklam
285 syf.
·
Puan vermedi
·
6 günde okudu
İncələmə mövzusunda çox da yaxşı olmasamda öz fikirlərmi bildirmək istədim. Yazar kitabda günümüzün məktəb həyatını bütün açıqlığı ilə əks etdirib.Xüsusi ilə də müəllim şagird münasibətlərini. Çox utanc vericidir təhsilin bu vəziyyət gəlməsi. Kitabdakı xarakterlərdəm Hümranı çox sevdim. Axıcı kitab olsada sonunun olmamaması məni üzdü.(Seri kitabları sevmədyim üçün)
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024112 okunma
250 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Gecikmiş ilk incələmə...
İşlər imkan versə
Qarmaqarışıq
Qarmaqarışıq
ın incələməsi tez olacaqdı, amma olmadı. Yazıçı
Nəimi
Nəimi
ilə dostluq əlaqələrimə baxmayaraq ən yaxşı bacardığım işi görüb, hisslərimi tam səmimi bir tərzdə ifadə edəcəm. Deməli belə... İlk öncə nələri sevdim? Məsələ üz qabığı İNEFFABLE idi (Bir az təbəssümlə başlayaq dedim.) Kitabın dili əla idi, bu da öz növbəsində
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024112 okunma
285 syf.
8/10 puan verdi
·
Beğendi
·
10 günde okudu
Kitab haqqında düşüncələrim...
Kitab maraqlı və axıcıdır. Dili sadə və anlaşıqlıdır. Dedektiv kitab oxuyanlar üçün bu kitabın ilk 100 səhifəsini oxuduqdan sonra xəyanətkarı təxmin etmək mümkündür. Obrazların təsvirinə və daxili monoloqlarına daha çox yer verilsə idi daha yaxşı olardı. Süjet xətti olduqca yaxşıdı və sonunu maraqla gözləyirəm. Yazıçı hadisələri hara çəkəcək və necə aparacaq.
Nəimi
Nəimi
Qarmaqarışıq
Qarmaqarışıq
uğurlar arzu edirəm.
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024112 okunma
Reklam
285 syf.
10/10 puan verdi
·
Beğendi
·
34 günde okudu
Qarmaqarışıq ∞
İlk öncə bəyəndiyim hissələrə nəzər salsaq, əsər axıcı və gözəl idi. Süjet xəttinin irəliləyişi, hadisələr arasındakı keçidlərin axıcılığı xoş təsir bağışladı. Yazıçının cəmiyyət haqqındakı fikirlərinə də qatılıram ,eyni anda yazıçının insanın zəif nöqtəsinə toxunma bacarığına da heyranam, əsərin bəzi hissələrində xüsüsən baş rolun acizliyinə şahid olanda əsəblərimi cilovlaya bilmədiyim oldu . Mənfi olaraq dəyərləndirdiyim hissələrə nəzər yetirsək ilk öncə diqqətimi orfoqrafik səhvlər çəkdi, bunun isə zamanla yazıçı daha çox əsər yazdıqca öz yerinə oturacağını düşünürəm. Əsərdə mənim fikrimcə şiddət mövzusunda daha təxminedilməz hadisələrə yer verilə bilərdi. Bundan əlavə əsərdən gözlədiyim "ters köşe" hissini ala bilmədim çünki, olacaqları tamı tamına təxmin etməyi bacardım. Misal göstərməyəcəm çünki, bu zaman əsər haqqında spoiler vermiş olacam. Yazıçı
Nəimi
Nəimi
yə uğurlar arzulayır və gələcəkdə daha mükəmməl işlərə imza atmasını diləyirəm.
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024112 okunma
285 syf.
10/10 puan verdi
Son kitab təhlilim "Qarmaqarışıq" olsun..
Dostluq et amma güvənmə, yaxınlıq et amma daim uzaqda dur.(s.274) İlk öncə onu qeyd edim ki, mən gənc yazarımızın qələmini Salam Qədirzadənin qələminə çox bənzətdim.Salam Qədirzadənin kitabları detektiv janrda olmasa da ancaq kitabdakı hadisələrin ilk başdan sona kimi ardıcıllığı, obrazlar, obrazlar arası münasibətlər, sadə bir dil, axıcılıq çox sevdiyim bu yazarı xatırlatdı mənə. Kitaba ilk başlamaq istəyəndə qərarsızlıq yaşayırdım: oxuyum, oxumuyum.. Düzünü desəm kitabdan böyük gözləntilərim yoxdu.Ama oxuduqca baş verənlər insanı özünə çəkməyə başlayır.Bəzən oxuduğum elə hissələr olurdu ki, kitaba biraz ara verib həmin o oxuduğum hissələri bir anlıq düşünürdüm. Heç kəs onun nələr bildiyinin, nələr çəkdiyinin fərqində deyildi. Hər kəs özünə idi bu dünyada. (s.83) Müasir cəmiyyətimizin problemlərini yazar o qədər gözəl əks etdirib ki, kitabda.. Pulsuzluq, ikiüzlülük, şərəfsizlik... Müasir təhsilimizin acınacaqlı halı.. Kitabda sevdiyim və təəssüf ki, doğru qeyd olunduğu üçün üzüldüyüm hissələr... Kaş olmazdı bu dünyada fərqlər. Pislər-yaxşılar, varlılar-kasıblar, dəlilər-ağıllılar, bədbəxtlər-xoşbəxtlər.(s.240) Yazarın ilk kitabı olmasına baxmayaraq ilk dəfə üçün uğurlu nəticədir.Yazar
Nəimi
Nəimi
yaradıcılığında uğurlar arzu edirəm.Kitabınız bol oxuculu və davamlı olsun inşAllah.
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024112 okunma
287 syf.
·
Puan vermedi
·
3 günde okudu
Çətinliyə düşdüyümüz zaman, birindən yardım umduğumuz zaman ya da ən bəsiti ən xoş, sevgi dolu anlarımızda ailəmizdən sonra başqa kəslərin olmasını arzulayırıq. Bir çoxlarımız sadiq dostlar deyəcəyik, amma kimin həqiqətən etibarlı olduğunu bilə bilərik? Dostluqla tutub, düşmənliklə yıxma deyiblər. Bəli, dostluğu edirsənsə şərəflə, ləyaqətlə edəsən
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024112 okunma
250 syf.
10/10 puan verdi
·
Beğendi
·
15 günde okudu
İlk incələmə)
Əvvəla salam olsun 100Kitab ailəsinə.
Hərbistan
Hərbistan
kitabını oxumaqla azərbaycanlı gənc yazarlara qarşı olan ön yargım qırılmışdı.
Nəimi
Nəimi
Qarmaqarışıq
Qarmaqarışıq
əsərində də bu tamamilə sübut olundu. Əsərdə cəmiyyətimizin bir çox problemlərindən açıq şəkildə vurğular var. Buna dostluq əlaqələri, sevgi münasibətləri və valideyn qayğısızlığı daxildi. Əsəri oxuyanda adam öz içində görəsən növbəti fəsildə nə baş verəcək deyə maraq içində oxuyur. Bu da süjet xəttinin qüsursuzluğunu göstərir. Məncə əsəri oxuyanlar arasında hamı hekayədəki təsirli anların ən azı birini real həyatda yaşamışdır. Tək mənfi yanı orfoqrafik səhvlər idi.( Kitabın ikinci hissəsini səbirsizliklə gözləyirəm.
Nəimi
Nəimi
uğurlarının davamı bol olsun. Qələminə qüvvət. İncələməmi oxuduğunuz üçün təşəkkür edirəm).
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024112 okunma
Reklam
287 syf.
10/10 puan verdi
·
21 saatte okudu
Hər kəsə salam. İlk əvvəl bunu deyə bilərəm ki, gənc yazıçılara qarşı olan antipatiyamı məhv etmək istəyirəm. Çünki bu əsəri oxuyaraq bunu təsdiqləmiş oldum. Yazıçının ilk qələm təcrübəsi olmasına baxmayaraq çox ustalıqla yazılmış əsərdir. Günümüzdə aktual olan məsələlərə toxunulub, məktəb,işinə laqeyd yanaşan dövlət məmurları, hər bir kəsin həyatından əskik olmayan dost xəyanəti... Kitabın dili o qədər səlis,axıcıdır ki, insan oxuduqca oxumaq istəyir. Tək səbəb bu da deyil, həmçinin əsərin maraqlı olması insanı özünə cəlb edir. Bəzi yerlərində nəfəsimi tutaraq oxudum, hətta bəzi yerlərində kövrəlib ağladım da... Düzünü desəm şübhələndiyim insan çıxmadı, amma sonda etdiyi ilə məni yanıltmadı,o da deyəsən bu işin içində imiş( spoiler vermədən yazmaq istəyirəm)). İlk qələm təcrübəsi olmasına baxmayaraq əsəri belə ustalıqla yazdığına görə
Nəimi
Nəimi
'ni təbrik edir,yazıçılıq fəaliyyətində uğurlar arzu edirəm .Əsərdə orfoqrafik və durğu işarələrində səhvliklər olsa da, olası şeylərdir ,təbii ki, bunlar. Sözüm sizədir, əziz oxucular, heç kimə güvənməyin. Ən böyük zərbələri güvəndiklərimizdən almadıqmı!? Nəysə, incələməmi burda yekunlaşdırmaq istəyirəm, sevgiylə və kitabla qalın...
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024112 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.