On Dördüncü Adam

Elxan Elatlı

Yorumlar ve İncelemeler

Tümünü Gör
332 syf.
·
Puan vermedi
·
15 günde okudu
Kitabı bitirdikdən sonra özümə verdiyim ilk sual “Mən nə oxudum?” oldu. İnsan həyatının necə məhv oluduğunun, daha dəqiq desək insanın həyatını öz əllərilə necə məhv etməsinin şahidi olduq bu kitabda. Talehi ilə qumar oynarmış kimi oynamağın nəticəsini gördük. Mənə görə yazıçı bu əsərində hər şeyin öz əlimizdə olduğunu göstərməyə çalışıb. Əsas sürət olan Firdovsi dəfələrlə etdiyi səhvi düzəldə bilər, sonrakı həyatını daha hür yaşaya bilərdi. Lakin hər dəfəsində onun önündə açılmış cığırlardan yanlış olanı seçir. Və etdiyi səhvlərin nəticəsi onun həyatı ilə ödədilir. Həmçinin kitabda bir insanın başqa birinin həyatına təsirini, bu həyatı alt-üst etməsini də görürük. Kitabın arxa hissəsində də yazıldığı kimi “Roman detektiv süjet üzərində qurulsa da burada Tanrıya münasibət, insanın öz taleyində daşıdığı rol və məhəbbət mövzuları ön plana çəkilib”. Lakin kitabdakı obraklardan biri olan “Qanbay Qasımlı”nın simasında da əsl xəfiyyə necə olar sualına cavab tapırıq. Yoldaşının bir neçə dəqiqəlik telefon danışığından cinayət səhnəsini ağlında canlandıran bir cinayət-axtarış eksperti. Bir çox insan Elxan Elatlı qələmini sevməsə də, kitabda insan həyatının necə bədbəxt olması göz önünə gətirilsə də dedektiv sevərlər üçün maraqlı bir mövzu olacağını düşünürəm.
On Dördüncü Adam
On Dördüncü AdamElxan Elatlı · Teas Press Yayınları · 0857 okunma
Reklam
332 syf.
8/10 puan verdi
Elxan Elatlının oxuduğum ilk kitabı idi və məncə son olmayacaq. Kitabdakı hadisələrin bağlılığına söz ola bilməz. Hər sətri adamı içinə çəkir. Kitab bitdikdən sonra ağlımnan çıxara bilmədim olanları. İnsan həyatının qumara qoyulması və 14-cü adamı səhv saymaq. Və bu səhvə görə bütün həyatının məhv olması... Çox təsirli əsər idi. Firdovsinin həyatına çox acıdım. Oxumağınızı tövsiyyə edirəm:)
On Dördüncü Adam
On Dördüncü AdamElxan Elatlı · Teas Press Yayınları · 0857 okunma
332 syf.
·
Puan vermedi
·
3 günde okudu
Düzü əsəri heç bəyənmədim, çünki qatilin kim olduğun polkovnikdən əvvəl bilirdim. Əsərin mövzusuna gəldikdə isə bir insanın gəncliyində buraxdığı səhvlərin bütün ömrü boyu faciəvi nəticələrindən bəhs edirdi. Gənc taleyin qismətini qəribə üsulla seçir və həyatını qumara qoyur. Bununla da ömrünün sonuna qədər həyatı uğursuzluqlarla üzləşir. Talehi onunla amansız oyun oynayır.
On Dördüncü Adam
On Dördüncü AdamElxan Elatlı · Teas Press Yayınları · 0857 okunma
Reklam
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.