Həyatımızın öncəliyi yalnız böyüməyi öyrənmək deyil, eyni zamanda, böyütməyi də öyrənmək və bacarmaqdır. Uşaqlıqdan bəri qazandığımız qorxu, yetərsizlik duyğusu bizi o qədər öz mənginə alır ki, böyük adam oluruq, amma böyük insan ola bilmirik. Kitabda 5 yaşına qədər uşaqların davranışları və bu davranışlara uyğun valideynlərin cavab haqqı göstərilir. Məsələn, əgər uşağınızın şirniyyat üçün ağlamağını istəmirsinizsə; ən bəsiti, o şirniyyatı göz önünə qoymayın. Uzun sözün qısası, körpə-valideyn münasibətlərində ön bilgiləndirmə oldu mənim üçün. Məmnunəm, İsabelle!