Gönderi

220 syf.
9/10 puan verdi
·
7 günde okudu
Xocalı Ağısı Ağlayın dağlar ağlayın, Uca zirvələr, ağlayın, Xocalının ah-fəryadı Kəsməyir, siz də ağlayın, Köksü, sinəni dağlayın, Xocalıya yas bağlayın... Röyalarda gəlir dilə, Uşaqların qan naləsi, Xocalının fəryad səsi, dağlar, siz də qan ağlayın Bu dərdi bir soraqlayın... Ağı desin Azərbaycan, Cahan eşitsin səsini, Xocalıda axan qanın, Ahla, çəksin qüssəsini... Ağla, Azərbaycan, ağla, Ağla, Xocalını ağla Sinə dağla, Qara bağla... Ağla Xocalını ağla, Ağla, Azərbaycan ağla... Ağı bitsin, qəzəb gəlsin, Yurddan bir savaş, Səslənsin.. Silahlanaq, Yaraqlanaq, Düşmən canına od salaq, Xalqım, savaşa yollanaq! Qan tökməsək qisas olmaz, kədər, qüssə heç vaxt solmaz... Xocalı qisasa səslər, Milləti savaşa səslər... Ağla, Azərbaycan, ağla, Xocalıya, sən tyas bağla, Qisas günü yetənədək, Ağı deyib sinə dağla, Ağla, Azərbaycan, ağla, Xocalıya sən yas bağla, Ağla, Azərbaycan, ağla... Qan tökməsək qisas olmaz, kədər, qüssə heç vaxt solmaz... Xocalı qisasa səslər, Milləti savaşa səslər...
Hocalı'nın Kurdeleli Anahtarı
Hocalı'nın Kurdeleli AnahtarıZiyad Guliyev · Cinius Yayınları · 201515 okunma
·
14 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.