Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

216 syf.
·
Puan vermedi
·
5 günde okudu
Empedoklesin dostları Amin Maaloufun son yazdığı əsərdir. Sözün açığı, bu yazıçıya qarşı “Səmərqənd” əsərindən sonra bir az önyarğılı idim. Ancaq, bu kitabı ilə önyarğımı aşdım. Təkrardan oxumağı qərara almışam digər əsərini. “Empedoklesin dostları” kimdir? Onlar dünyanı nüvə müharibələrindən, düşmən hesab etdikləri ölümdən insanları xilas etmək üçün gələn insanlardır. Bu əsərdə hadisələr Atlantik okeanı yaxınlığında balaca bir adada cərəyan edir. Bu adanın isə bir-birini tanımayan iki sakini var. Biri rəssam Alec, digəri isə yazıçı qadın Eve. Bu iki insan bir gün təsadüf nəticəsində qarşılaşırlar və baş verən hadisələr onlara da təsirsiz ötüşmür. Biz bütün hadisələri Alexin tutduğu gündəlik sayəsində oxumuş oluruq. “Empedoklesin dostları” gələcəyə yönəlmiş və distopik əsərdir. Dünya artıq dözülməz bir məkana çevrilib. Nüvə savaşları, insanlığın yox oluşu, xəstəliklərin yayıldığı və təbiətin zərər gördüyü bu dünyanı xilas etmək lazımdır. İnsnaların kibri təbiəti məhvə doğru aparır. Empedoklesin dostları isə gözlənilməz olaraq bu hadisələrin qarşısını almaq üçün dünyanın müxtəlif bölgələrinə göndəriliblər. Eyni zamanda, bu adada da onların öhdəlikləri insanları, nüvə partlamalarının qarşısını almaqla qorumaq və yayılan ölümcül xəstəliklərin qarşısını almaqdır. Hətta onlar ölmüş insanları belə dirildə bilirlər. Amma ölümün qarşısı alınarsa o zaman bu dünyanın halı daha da pisləşməzmi? ‍️ “Empedoklesin dostları” gələcəyə yönəlmiş və distopik əsərdir. Mənə görə, oxunması maraqlı və bir o qədər də rahat oxunulan kitabdır. Ən maraqlısı isə əsəri Amin Maalouf Covid 19 virusunun dünyanı cənginə aldığı bir vaxtda yazır və Amerika nədənsə bu əsərdə nüvə terrorunun mərkəzindədir)))hər şey Amerikanın ətrafında dönür. Oxuyun, oxutdurun. Çox gözəl cümlələrə rast gələcəksiz bu əsərdə️
Empedokles'in Dostları
Empedokles'in DostlarıAmin Maalouf · Yapı Kredi Yayınları · 20215,2bin okunma
·
901 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.